Netanyahu Qubaya səfər edib
İsrailin baş naziri Binyamin Netanyahunun qardaşı, tanınmış dramaturq İdo Netanyahu Qubaya səfər edib.
Netanyahu Qırmızı Sloboda qəsəbəsində olub. O, iki sinaqoqda və dağ yəhudiləri messenatlarının təşəbbüsü ilə ilə tikilən muzeydə olub. Siyasi ekspert Arye Qutun sözlərinə görə, qonaq Qırmızı Sloboda qəsəbəsinə səfərindən məmnunluğunu bildirib.
O deyib ki, qəsəbə dağ yəhudilərinin yaşayışı üçün möhtəşəm və əsrarəngiz yerdir: "Burada dağ yəhudilərinin adət və ənənələrini qoruyub saxlamaq tərifəlayiqdir".
İdo Netanyahu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə də görüşüb.
Qeyd edək ki, sabah Beynəlxalq Muğam Mərkəzində İdo Netanyahunun "Mənanın axtarışında"pyesinin premyerası olacaq.(qafqazinfo)

Digər xəbərlər


















































.jpg)
.jpg)






.jpg)






















.jpg)













