Flora Kərimova Zauru  pərt etdi

Flora Kərimova Zauru pərt etdi

26 Dekabr 2018 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Flora Kərimova ATV kanalında yayımlanan Zaur Baxşəliyevin "Bizimləsən" verilişində qonaq olub.

Z.Baxşəliyev verilişində çox xeyirxah həkimlərin olduğunu və xəstələrə təmənnasız köməklik göstərdiklərini bildirib. Bu zaman F.Kərimovanın gözlənilməz cavabı Z.Baxşəliyevi pərt edib. F.Kərimova bildirib ki, sənin reklam etdiyin həkimin yanına xəstə yolladım, amma kabinetinin qapısını açmadı:

"Zaur, çox sağ olun ki, siz əlinizdən gələni edirsiniz. Amma bir müddət öncə sizin reklam etdiyiniz həkimlərdən birinə müracət edib dedim ki, sizin yanınıza kasıb xəstə yollasam, ona kömək edərsinizmi? Həkim dedi ki, "Flora xanım, göndərin gəlsin". Mən maddi imkanı olmayan xəstəni həkimin yanına göndərdim, amma o, xəstəyə kabinetinin qapısını açmadı".

F.Kərimovanın cavabı qarşısında pərt olan Z.Baxşəliyev deyib ki, bizə zəng vursaydınız, məsələni həll edərdik. (moderator.az)