Rembrandtın 150 milyon avro dəyərində əsəri  Mədəniyyət Nazirliyinə verilib

Rembrandtın 150 milyon avro dəyərində əsəri Mədəniyyət Nazirliyinə verilib

18 Mart 2019 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Niderlandlı rəssamı Rembrandtın Özbəkistanda aşkar olunan 150 milyon avro dəyərində əsəri məhkəmənin qərarı ilə dövlət əmlakı kimi Mədəniyyət Nazirliyinə təhvil verilib.

Bu dahi rəssamın orijinal rəsm əsəri Avropa hərraclarında 150 milyon dollar dəyərində qiymətləndirilir.

İstintaq müəyyən edib ki, 2008-ci il avqustun 28-də Özbəkistan vətəndaşı Andrey Plujnikov ailəsinə məxsus bu qiymətli əsəri 50 min dollara tanışı, parlamentin sabiq deputatı Kamil Yuldaşevə satıb.

Sonra Andrey Prujnikova bildiriblə ki, əsərin qiyməti milyonlarla dollar dəyərindədir. Bundan sonra A.Prujnikov tablonu Kamil Yuldaşevdən geri istəsə də ala bilməyib.

Rembrandtın bu əsəri isə ona qiymətli tablo və aşyalar tolpayan kolleksiyaçı atasından yadigar qalıb. Atası isə tablonu Daşkəndin köhnə əşyalar satılan bazarından qəpik-quruşa alıb. Satan isə bildirib ki, bu tablo İkinci Dünya müharibəsindən sonra Almaniyadan gətirilib.

Beləcə 150 milyon avro dəyərində olan Rembrandtın bu qiymətli tablosu Özbəkistan dövlətinin mülkiyyətinə çevrilib. Azərtac