Sabah havanın buludlu olacağı, yağış və qar yağacağı gözlənilir
Sabah respublikamızın ərazisində havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 29-da havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında
Martın 29-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Xəbərdarlıq
Martın 29-30-da Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Fasilələrlə yağış yağacaq.











































.jpg)
.jpg)






.jpg)






















.jpg)




















