Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

3 Aprel 2019 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah respublikamızın ərazisində havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Aprelin 4-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Aprelin 04-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi qıraq qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.