Respublikanın 28 bölgəsində 100 Quran kursu açılıb

Respublikanın 28 bölgəsində 100 Quran kursu açılıb

12 Aprel 2019 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsində( QMİ) yeni Quran kursları fəaliyyətə başlayıb..

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən İdarənin Aparat rəhbəri Simran Həsənov deyib ki, yeni 51 Quran kursunun açılıb. O, tədbir iştirakçılarına QMİ-nin sədri Şeyxülislam Paşazadənin xeyir-duasını və təbriklərini çatdırıb.

Həsənov qeyd etdi ki, yola salınan 2018-ci il ərzində paytaxt Bakı da daxil olmaqla, respublikanın 28 bölgəsində 100 Quran kursu açılıb və artıq fəaliyyət göstərirlər.

QMİ sədrinin müavini Qəmər Cavadlı deyib ki, kursların iştirakçılarına dini qurumun hesabına müvafiq ədəbiyyat, o cümlədən Qurani-Kərim nüsxələri verilir, müəyyən edilmiş qaydada yayılmasına razılıq verilməyən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Quran kurslarında əyani vəsait kimi istifadə edilməsi isə qadağandır.

QMİ sədrinin müavini Fuad Nurullayev bildirib ki, Quran kurslarının açılması ilkin dini biliklərin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.