APA fəaliyyətini tam şəkildə bərpa etdi

APA fəaliyyətini tam şəkildə bərpa etdi

4 İyun 2019 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

"APA Holdinq" fəaliyyətini bərpa edib.

Dizaynında azca dəyişiklik edən Apa.az 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyətini bu gündən bərpa edib.

Xatırladaq ki, "APA Holdinq"ə daxil olan saytların fəaliyyəti ötən il avqustun 1-də dayandırılmış, nəticədə Apa.az, Lent.az, Vesti.az, Apasport.az, APA TV saytlarına giriş məhdudlaşmışdı.

Bu ilin fevral ayında "APA Hodinq"in rəhbəri Vüsalə Mahirqızının rəhbərliyi ilə Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlamışdı. Bunun ardınca isə Lent.az (Kulis.az mədəniyyət saytı ilə birgə) və Vesti.az fəaliyyətini bərpa etmişdi. Axar.az