İtaliyada 1,2 milyon kimsəsiz və yoxsul uşaq var

İtaliyada 1,2 milyon kimsəsiz və yoxsul uşaq var

15 İyun 2019 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

UNİSEF İtaliyada 1,2 milyon kimsəsiz və yoxsul uşaq olduğunu açıqlayıb.

Bu barədə UNİSEF-in İtaliyadakı nümayəndəsi Françesko Samenqo söyləyib.

O, Romada könüllülərin toplantısında çıxış edərək 18-24 yaş arası italyan gənclərin 25,7 faizinin təhsil almadıqlarını və işləmədiklərini söyləyib. "İtaliya elə bir ərazi olmalıdır ki, biz − UNİSEF burada əvvəlki illərlə müqayisədə daha əzmlə çalışaq",- deyə F.Samenqo vurğulayıb. Azərtac