“Jara – 2019”un üçüncü günü maraqlı təqdimat və ifalarla tamaşaçılara xoş anlar yaşadacaq

“Jara – 2019”un üçüncü günü maraqlı təqdimat və ifalarla tamaşaçılara xoş anlar yaşadacaq

27 İyul 2019 21:56
Bəyəndim (0) Bəyənmədim (0)

“Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü də maraqlı təqdimat və ifalarla tamaşaçılara xoş anlar yaşadacaq.

“Sea Breeze Resort” istirahət mərkəzində keçirilən festivalın üçüncü günü – iyulun 27-də çıxış edəcək tanınmış sənətçilər repertuarlarında hit olan mahnılarla tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edəcəklər.

Bu gün tanınmış ifaçılar Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoya, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov və “Rondo”, Anna Sedokova, İrina Dubçova, Zara, Lyubov Uspenskaya, Bradon Stone, Jasmin, Anita Çoy, İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin və “Hi-Fi”, Slava, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Tomas Neverqreen, Stas Pexa, Dilarə Kazımova, Maşa Veber və MBAND, “Ruki vverx”, “Na-na”, “Zemlyane”, “Queens” qrupları çıxış edəcək.

Qeyd edək ki, hər dəfə maraqlı təqdimatlarla tamaşaçıları heyrətləndirən festivala ildən-ilə maraq artmaqdadır. Festival iştirakçıları Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini dönə-dönə söyləyirlər.

Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.