Çin Xalq Respublikası təqaüd proqramı elan edir
Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai sağlamlıq üzrə beynəlxalq magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir.
Təhsil Nazirliyindən Oxumeni.az-a bildiriblər ki, “Çinin mükəmməl gəncliyi sxemi - magistratura proqramı üzrə Çin Hökumətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)