Böyük Britaniyada uşaqların 23 faizində smartfondan asılılıq yaranıb

Böyük Britaniyada uşaqların 23 faizində smartfondan asılılıq yaranıb

30 Noyabr 2019 17:59
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada yetkinlik yaşına çatmayan uşaqların 23 faizində smartfonlardan asılılıq yaranıb.

Oxumeni.az BBC telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat London Kral Kollecinin apardığı tədqiqatın nəticələrində öz əksini tapıb. Ekspertlərin fikrincə, belə aludəlik adətən stress, yuxusuzluq, məktəbdə dərsləri çatdırmama, əhval-ruhiyyənin aşağı olması kimi problemlərlə bağlıdır.

Alimlərin analizi smartfonlardan asılılıq üzrə 42 min uşaq arasında aparılan 41 tədqiqata əsaslanır. Analizin nəticələrinə əsasən, tədqiqatda iştirak edən hər dörd uşaqdan birində qurğudan istifadə etməyin mümkünsüzlüyü barədə təlaş və narahatlıq müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az