Gənclər Fondunun maliyyə dəstəyilə Qazax, Ağstafa və Tovuz rayonlarında maarifləndirici tədbirlər keçirilib

Gənclər Fondunun maliyyə dəstəyilə Qazax, Ağstafa və Tovuz rayonlarında maarifləndirici tədbirlər keçirilib

15 Noyabr 2019 13:00
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi “Gəncə-Qazax regionu üzrə yeni nəsil sahibkarlarının yetişdirilməsi məqsədilə maarifləndirici tədbirlərin təşkili” layihəsinin yekun tədbirlərini keçirib.
Qazax, Tovuz və Ağstafa rayonlarında baş tutan layihənin icrasında başlıca məqsəd layihə iştirakçılarına, şagird və tələbələrimizə iqtisadi biliklərin artırılması və təcrübələrin inkişafı üçün yerli sahibkarların iş fəaliyyəti ilə tanış etməkdən ibarətdir.
Layihə çərçivəsində Qazax, Tovuz və Ağstafa rayonlarında 23-24-25 oktyabr tarixlərində baş tutan təlimlərdə 50-dən çox 15-35 yaş arası gənclər iştirak edib və gənc sahibkarların maarifləndirilməsi ilə bağlı mühazirələr oxunub, diskusiyalar aparılıb.
Azərbaycan Gənc Marketoloq - Reklamçılar İB-nin sədri Hafiz Əzəmmədov gənclərə uğurlar arzulayaraq, region gənclərini sahibkarlığın inkişafında və milli-mənəvi məsələlərdə fəal iştirak etməyə dəvət edib. Təlimlərin sonunda iştirakçılara təbliğat materialları paylanılıb.