Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb

Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb

16 Dekabr 2019 14:36
Bəyəndim (1) Bəyənmədim (0)

2020-2021-ci tədris ili üzrə Çin və Macarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Oxumeni.az-a bildiriblər ki, hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil üçün elan edilmiş sənəd qəbulu Çin təqaüd proqramı üzrə 2020-ci il yanvarın 6-dək, Macarıstan təqaüd proqramı üzrə isə yanvarın 15-dək aparılacaq.

Eyni zamanda, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında bəzi dəyişikliklər edilib.

Ətraflı məlumat müvafiq elan mətnlərində verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az