Ter-Petrosyan Koçaryanı yıxdı-sürüdü: “Başımıza bəla gətirə bilər”

Ter-Petrosyan Koçaryanı yıxdı-sürüdü: “Başımıza bəla gətirə bilər”

16 İyun 2021 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan xələfi Robert Koçaryanı sərt dillə tənqid etdi.

Oxuməni.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident Koçaryanın Şuşa və Hadrutu “geri qaytaracam” açıqlamasından narazı qalıb.

“Robert Koçaryan başımıza bəla gətirə bilər. Şuşa və Hadrutu hansı yolla geri almaq istəyir? İndi orda Azərbaycan Ordusu dayanır və onun fikrincə, onlar ərazidən sadəcə çıxıb gedəcək? Əraziləri yalnız müharibə yolu ilə almaq olar. Yəni Robert Koçaryan erməni xalqına yeni müharibə, yeni qurbanlar, qan və yeni itkilər söz verir. O bunu deyir”- deyə Petrosyan açıqlama verib.