İsrailin Qəzzada hücumları davam edir

İsrailin Qəzzada hücumları davam edir

18 Mart 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzzada HƏMAS üzvlərinə qarşı hərbi əməliyyatları davam edir. Bu dəfə İsrail müdafiə qüvvələrinin hədəfi Əş-Şifa xəstəxanası olub. Verilən məlumata görə Əş-Şifada HƏMAS üzvlərinin gizləndiyi barədə məlumat əldə edən İsrail ordusu xəstəxanaya zərbələr endirib. Qarşı tərəf də analoji qaydada cavab verib. Atışma zamanı bir neçə HƏMAS üzvü öldürülüb, 80 nəfər şübhəli şəxs saxlanılıb.

Öz növbəsində Qəzza Səhiyyə İdarəsi Əş-Şifanın İsrail tərəfindən atəşə tutulması faktını təsdiqləyib. İdarədən bildirilib ki, atışma nəticəsində ölən və yaralananlar var.

Oxuməni.az