Xorvatiya prezidenti tutduğu vəzifədən istefa vermək niyyətindədir

Xorvatiya prezidenti tutduğu vəzifədən istefa vermək niyyətindədir

16 Mart 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiya daxilində gözlənilməz hadisələr baş verməkdədir. Belə ki, ölkə prezidenti Zoran Milanoviç prezident kürsüsündə vəzifəsini daha icra etmək niyyətində deyil. O bunun səbəbini qarşıdan gələn parlament seçkilərində içtirak etmək niyyətində olması ilə izah edib.

Onun sözlərinə görə parlament seçkilərində qalib gələcəyi halda vəzifəsindən istefa verərək Xorvatiya hökumətinə rəhbərlik edəcək. Xorvatiyada parlament seçkilərinin gələn ayın 17-də keçirilməsi nəzərdə tutulub

Xatırladaq ki, Milanoviç bu yaxınlarda parlament seçkilərini aprelin 17-nə təyin etmişdi və cümə axşamı Xorvatiyada parlamenti seçkilərinə hazırlıq başladığı üçün adı çəkilən qurum fəaliyyətini dayandırıb.


Oxuməni.az