Gürcüstanda müxalifət  Saakaşvilinin azad edilməsinə çalışır

Gürcüstanda müxalifət Saakaşvilinin azad edilməsinə çalışır

25 Mart 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan müxalifəti Saakaşvilinin azad edilməsi məqsədilə xüsus aksiya keçirib. Bu çərçivədə də eks prezidentin azad edilməsi üçün Vahid Milli Hərəkat Partiyası150 min imza toplayıb. Toplanmış imzaların prezident Salome Zurabişviliyə təqdim ediləcəyi gözlənilir. Bununla bağlı mətbuata açıqlama verən Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvili mətbuat nümayəndələrinə verdiyi açıqlamasında deyib ki, Saakaşvilinin azad edilməsi üçün sona kimi mübarizəni davam etdirəcəklər. Onun sözlərinə görə, Saakaşvili azad edilmədən payızda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri demokratik olmayacaq və mövcud hakimiyyətin qorunub saxlanılmasına xidmət edəcək.

Oxuməni.az