Litvada cinayətkar və faşist kommunistlərin kökü kəsiləcək

Litvada cinayətkar və faşist kommunistlərin kökü kəsiləcək

26 Mart 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

SSRİ tərəfindən Litvanın işğalı zamanı on minlərlə dinc sakini məhv edən kommunistlər buna görə gec də olsa cavab verməli olacaqlar. Belə ki, Litva rəhbərliyi nəhayət buna hüquqi qiymət vermək qərarına gəlib. Bununla bağlı Litva seymi Kommunist Partiyasını cinayətkar qurum elan etmək niyyətindədir. Məsələ səsə qoyulub və bunu 52 deputat dəstəkləyib. Yalnız 4 deputat seymin adı çəkilən təşəbbüsünün əleyhinə çıxıb, 43 deputat isə səsvermə zamanı bitərəf mövqe nümayiş etdirib.

Onu da deyək ki,bir neçə ay əvvəl məlum olub ki, Litva prezidenti Qitanas Nayseda Litva Kommunist Partiyasının üzvü olsa da, namizədliyini irəli sürərkən bu barədə susmağa üstünlük verib. Daha sonra məsələ ciddi şəkildə araşdırıldığı zamanı Litva seymində 20 kommunistin təmsil olunduğu aşkar edilib.

Kommunist Partiyası cinayətlar qurum elan olunandan sonra onun üzvləri tutduqları vəzifələrini tərk etməli olacaqlar.

Oxuməni.az