Prezidentin həyatına sui-qəsd cəhdlərinə baş vurulub

Prezidentin həyatına sui-qəsd cəhdlərinə baş vurulub

27 Mart 08:14
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelada daxili vəziyyət gərginləşməkdə davam edir. Belə ki, ABŞ və regionun bəzi dövlətləri tərəfindən maliyyələşdirilən müxalifət gücləri prezident Maduronu devirmək və əhalini hökumətə qarşı ayağa qaldırmaq üçün bütün imkanlardan istifadə edirlər. Eyni zamanda Maduronun həyatına sui-qəsd cəhdlərinə də baş vurulur. Bununla bağlı "Venezolana de Televisión TV"yə müsahibə verən prezident Maduro xalqı ayıq-sayıq olmağa çağırıb. Prezidentin sözlərinə görə, şübhəli şəxslər son günlərdə iki dəfə onun həyatına sui-qəsd cəhdinə baş vurublar, lakin bunun qarşısı alınıb. Maduro bunun arxasında Vente Venesuela müxalifət hərəkatının dayandığını iddia edib.

Maduro onu öldürməyə cəhd edənləri dəli hesab etdiyini söyləyib.

Oxuməni.az