Bayden və Tramp arasında mübarizə yeni mərhələyə qədəm qoyub

Bayden və Tramp arasında mübarizə yeni mərhələyə qədəm qoyub

28 Mart 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin payızında ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində ölkəni idarə etməyə əsas namizədlərdən olan indiki prezident Bayden və eks prezident Tramp arasında güclü mübarizə gedir. Bunu ABŞ-da keçirilən son rəy sorğuları da bir daha təsdiq edir. Belə ki, Quinnipiac Universitetinin apardığı araşdırmaya görə əgər indi prezident seçkiləri keçirilsəydi, onda Bayden səslərin 48, Tramp isə 45 faizini qazanardı. Beləliklə son aylarda rəy sorğularına əsasən Bayden ilk dəfə Trampdan üstün olub. Ekspertlərin fikrincə prezident seçkilər yaxınlaşdıqca namizədlər arasında mübarizə daha kəskin hal alacaq.

Oxuməni.az