Polşa ABŞ-dan yeni "Abrams" tankları alıb

Polşa ABŞ-dan yeni "Abrams" tankları alıb

29 Mart 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın hərbi təcavüzü təhlükəsi ilə üzləşən Poşa özünün müdafiəsini gücləndirməkdə davam edir. Bu müstəvidə də Polşa növbəti dəfə ABŞ-dan "Abrams" tankları alıb.

Bu barədə məlumat verən interia.pl internet portalı yazıb ki, "Abrams" tankları 1-ci Varşava Zirehli Briqadasına təhvil verilib.

Tanklar əvvəcə dəniz yolu ilə Polşaya çatdırılıb. Oradan isə Poznan dəmiryolu vasitəsi ilə Varşavaya gətirilib.

Xatırladaq ki, Polşa bu ilin yanvar ayında ABŞ-dan 116 "M1A1 Abrams" tankı alınması barədə qarşı tərəflə müvafiq anlaşma imzalayıb. Onların bu ilin sonuna kimi Polşaya təhvil veriləcəyi gözlənilir.

Oxuməni.az