Avropa yenidən Rusiya qalmaqalı ilə üzləşib

Avropa yenidən Rusiya qalmaqalı ilə üzləşib

29 Mart 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Avropanın aparıcı dövlətlərindən bir çoxu, o cümlədən Almaniyadakı bəzi yüksək səviyyəli rəsmilər sosial şəbəkələr vasitəsi ilə Rusiyadan pul alıblar. Bununla bağlı verilən məlumata görə, Almaniya üçün Alternativ Partiyasından Bundestaqın üzvü və bu partiyadan Avropa Parlamentinə seçkilərdə namizəd Petr Bıstron Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb. Petr Bıstronun Rusiya kəşfiyyatı ilə əlaqələrinin ortaya çıxmasında isə Almaniyanın “Spiegel” jurnalı və Çexiyanın “Denik N” qəzetinin birgə araşdırması önəmli rol oynayıb. Araşdırma zamanı məlum olub ki, Rusiyayönümlü "Avropanın səsi" (Voice of Europe) internet saytı sosial şəbəkə vasitəsi ilə Almaniya, Fransa, Polşa və Hollandiyada yaşayan müxtəlf şəxslərin hesabına bir neçə yüz min avro köçürüb.

Bundan əlavə Rusyayönümlü şəbəkənin partiyanın digər nümayəndəsi, avropalı deputat Maksimilian Kranın da hesabına pul köçürdüyü ortaya çıxıb. Maksimilian Kra və Petr Bıstronun Vladimir Putinin oliqarxı və xaç atası Viktor Medvedçukla sıx əlaqədə olduqları bildirilir. Çexiya kəşfiyyatı müəyyən edib ki, "Avropanın səsi" adlı internet saytını idarə edən məhz Viktor Medvedçukdur.

Çexiya Mülki Əks-kəşfiyyat Xidməti həmçinin müəyyən edib ki, adı çəkilən sosial şəbəkə Polşa, Macarıstan, Almaniya, Fransa, Belçika və Hollandiyanın bəzi siyasətçilərini pulla ələ alaraq onlar vasitəsi ilə Avropa Parlamentinə seçkilərə təsir etməyə çalışıb və buna qismən nail olub.

Oxuməni.az