Cənubi Koreya dünyanın ən güclü qeyri-nüvə silahını yaradıb

Cənubi Koreya dünyanın ən güclü qeyri-nüvə silahını yaradıb

2 Oktyabr 16:14
Bəyəndim (6) Bəyənmədim (0)


Cənubi Koreya özünün ən son “Hyunmoo-5” adlı qısa mənzilli ballistik raketini təqdim edib. Bu, döyüş başlığı bir neçə tona çatan nəhəng anti-bunker raketidir.
“Defence Express”in məlumatına görə, bu raket 20 metr uzunluğunda gövdəyə və 8 ton ağırlığında döyüş başlığına malikdir və bu raket dünyanın ən güclü qeyri-nüvə silahıdır. Döyüş başlığı 1 tona endirilərsə, uçuş məsafəsi 5500 kilometri keçə bilər ki, bu da ona orta mənzilli raketlərə bənzər məsafələrə nail olmağa imkan verir. “Hyunmoo-5”-in uçuş sürəti 10 Max-a çata bilər. Buna "monstr* raketi" deyilir.
Raket yeni bir işləyib hazırlamadır. Testlər 2024-cü ilin yayında baş tutub. O, yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulub. Bu güclü raketi yaratmaq üçün Cənubi Koreya 30 ildən çox davam edən və xarici texnologiyaların cəlb edilməsi və ABŞ-dan məhdudiyyətlərin tədricən aradan qaldırılması ilə müşayiət olunan uzun bir yol keçdi. 1970-ci illərdə Amerikanın “Nike Hercules” raketlərinə əsaslanan ilk Cənubi Koreya raketləri “NHK-1” və “NHK-2” 250 km-ə qədər uçuş məsafəsinə malik idi və artıq xidmətdən çıxarılıblar.
Cənubi Koreyanın müasir raket proqramı 1990-cı illərdə 300 ilə 800 km məsafə qət edə bilən “Hyunmoo-2” raketlərinin işləyib hazırlaması ilə başlayıb. O, Cənubi Koreya raketlərinin uçuş məsafəsi üzrə məhdudiyyətləri tədricən aradan qaldıran ABŞ ilə ikitərəfli sazişlər çərçivəsində işlənib hazırlanıb.
“Hyunmoo-2”-nin Rusiyanın “İskəndər” kompleksi ilə oxşarlığı ilə bağlı bir nəzəriyyə var, lakin digər mənbələr “Hyunmoo-2”-nin İsrailin “LORA” raketi əsasında hazırlana biləcəyinə inanırlar və vizual oxşarlıq texnoloji borclanma ilə deyil, funksional tələblərlə izah olunur.
monstr* - nəhəng, div, əjdaha
Almaz Həsənli