Almaniyada siyasi böhran yaşanır

Almaniyada siyasi böhran yaşanır

19 Dekabr 11:14
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya öz tarixindən növbəti siyasi böhranlardan birini yaşamaqdadır. Buna səbəb isə Şolts hökumətinin xarici və daxili siyastinə münasibətdə müxalifəti təmsil edənlərin kəskin mövqe nümayiş etdirməlidirlər. İş orasındadır ki, Almaniyanın Ukraynaya hərbi yardım göstərməsi və bu məsələdə NATO üzrə müttəfiqləri ilə eyni mövqedən çıxış etməsi ölkənin ana müxalifəti hesab edilən Xristian Demokratik İttifaqını (CDU) razı salmır. Xristian Demokratik İttifaqının lideri Fridrix Merz belə hesab edir ki, Şolts hökumətinin yeritdiyi daxili və xarici siyasət ölkə vətəndaşlarının və Almaniyanın milli maraqlarına cavab vermir.

Xristian Demokratik İttifaqını ölkə əhalisinin müəyyən hissəsini dəstəklədiyini nəzərə alanda bu amilin Şolts hökumətinə qarşı çevrildiyi şübhə doğurmur. Üstəlik Şolts öz tərəfdaları arasında da nüfuzdan düşməkdədir. Belə bir vəziyyətdə etimadsızlıq səsverməsinin keçirilməsi Şolts hakimiyyətinə vurulan daha bir zərbə olub. Etimadsızlıq səsverməsi zamanı çıxış edən Şolts Almaniyanın ən yaxşı günləriin qabaqda olduğunu deyərək ölkənin xarici və daxli siyasət sahəsində yeritdiyi xəttə haqq qazandırmağa çalışıb. Buna baxmayaraq səsvermə zamanı 394 deputat Şolzun əleyhinə səs verib. Onun müdafiəsi üçün 207 deputat çıxış edib, 116 deputat bitərəf qalıb, 16 xalq nümayəndəsi isə iclasa gəlməyib. Bütün bunlar da iqtidar partiyası hesab edilən Almaniya Sosial Demokrat Partiyasının (SPD) ən ağır məğlubiyyəti hesab edilir.

Vəziyyətin ağırlığını nəzərə alan Şolts çıxış yolunu parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsində görüb. Nəticədə 23 fevralda vaxtından 6 ay əvvəl seçkilərin keçirilməsi qərara alınıb. Bununla bağlı məsələyə münasibət bildirən Xristian Demokratik İttifaqının (CDU) lideri Fridrix Merz bildirib ki, ölkə yarım əsrin ən ciddi böhranlarından birini yaşayır.

Şolts hökumətinin daxili siyasəti də xalq tərəfindən dədtəklənmir. Çünki iqtisadi vəziyyət heç də ürəkaçan deyil və əhalinin maddi vəziyyəti ildən-ilə pisləşməkdə davam edir. İqtisadi sahə üzrə tanınmı. ekspertlərin əksəriyyəti belə hesab edir ki, əhalini istisadi vəziyyətinin pisləşməsinə səbəb hökumətin bu sahədə buraxdığı çoxsaylı səhvlərlə bağlıdır.

Xarici siyasət baxımından ən böyük fərqlər məhz Ukraynaya münasibətdə müşahidə olunur. SPD Kiyevi mümkün qədər uzun müddət və lazım olan hər şeylə dəstəkləmək niyyətindədir, lakin Almaniyanın döyüşən tərəf rolunda düşəcəyi vəziyyətdən qaçmaq istəyir. Bu müstəvidə də Şolts hökuməti Ukraynaya Taurus qanadlı raketlərini verməkdən imtina edib..

Qarşıdan gələn seçkilərdə qələ çalacağı ehtimal edilən Merz və XDİ əsas diqqəti Kremlin yeni dünya nizamı qurmağa çalışdığına yönəldir. Bu isə Almaniya və Avropanın təhlükəsizlik və sülh şəraitində yaşamaq istəyini təhdid edir. Merz Kiyev üçün ABŞ, Fransa, Polşa və Böyük Britaniya ilə birgə təhlükəsizlik təminatının verilməsinin tərəfdarı olduğunu bildirib. Eyni zamanda, XDİ Almaniyada icbari hərbi çağırışın tətbiq edilməsinin tərəfdarıdır. Bütün bunlar da onu göstərir ki, müxalifət seçkilərdə qalib gəlsə belə, daxili və xarici siyasət arasında balans yaratmaqda, ölkəni siyasi. iqtisadi böhrandan çıxarmaqda çətinlik çəkəcək. Buraya Almaniyaya və Avropa İttifaqına, o cümlədən NATO-ya münasibətdə sərt mövqedən çıxış edən Tramp amilini də əlavə edəndə Berlini yaxın gələcəkdə yaxşı heç nəyin gözləməyəcəyi ehtimal edilir.

Əziz Mustafa, Oxuməni.az