Bayden Tayvana 571 milyon dollar hərbi yardım ayırıb

Bayden Tayvana 571 milyon dollar hərbi yardım ayırıb

11:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Tayvana 571 milyon dollar hərbi yardım ayırıb. O, vəsaitləri idarə etmək səlahiyyətini ABŞ dövlət katibinə həvalə edib.

"Müdafiə Departamentinin müdafiə vasitələri və xidmətləri üçün 571,3 milyon dollara qədər vəsaitin istifadəsini və Tayvana kömək etmək üçün hərbi təhsil və təlimləri yönləndirmək səlahiyyətini Dövlət katibinə verirəm", - Bayden bildirib.

Xatırladaq ki, Bayden bu yay Çinin adaya müdaxiləsi halında ABŞ-ın öz qoşunlarını Tayvanda yerləşdirə biləcəyini bildirmişdi.

Oxuməni.az