İngiltərədə spirtli içkilərlə bağlı ölümlər rekord səviyyəyə çatıb
İngiltərədə son dörd ildə yalnız spirtli içkilərin səbəb olduğu ölümlərin sayında ciddi artım müşahidə edilib.
2023-cü ildə İngiltərədə spirtli içkilərlə bağlı 8 min 200-dən çox insan həyatını itirib. Bu, 2019-cu illə müqayisədə 42 faiz artım deməkdir. Ən yüksək ölüm göstəriciləri şimal-şərq bölgəsində qeydə alınıb.
“Alcohol Health Alliance UK” təşkilatı spirtli içki istehlakını azaltmaq üçün Şotlandiyada olduğu kimi hər vahidə görə minimum qiymət tətbiqini təklif edib. Hökumət bu göstəriciləri qəbuledilməz adlandırıb və İngiltərədəki Milli Səhiyyə Xidmətinin (NHS) 10 illik planında ictimai sağlamlıq prioritetlərinin irəli çəkiləcəyini bildirib.
Oxuməni.az
Digər xəbərlər