Britaniya Ukrayna üçün 286 milyon dollarlıq paket hazırlayıb

Britaniya Ukrayna üçün 286 milyon dollarlıq paket hazırlayıb

19 Dekabr 16:22
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniyanın müdafiə naziri Con Healey Ukraynaya 225 milyon funt sterlinq (286 milyon dollar) dəyərində yeni müdafiə avadanlığı paketinin verildiyini açıqlayıb. O, Ukraynaya təlim missiyası çərçivəsində ölkənin hərbçilərinin göndərilməsi ideyasını dəstəkləyib. Bu barədəThe Telegraph və Reuters xəbər verir.

Qeyd olunur ki, Londondan Ukrayna üçün əlavə müdafiə paketinə aşağıdakılar daxildir:

Ukrayna Hərbi Dəniz Qüvvələrini gücləndirmək üçün avadanlıq, o cümlədən kiçik qayıqlar, kəşfiyyat pilotsuz uçuş aparatları, ekipajsız suüstü gəmilər, döyüş sursatları və minaya davamlı pilotsuz uçuş aparatları. Bu, 92 milyon funt sterlinq (təxminən 116 milyon dollar) dəyərindədir. 68 milyon funt-sterlinq (təxminən 85,6 milyon dollar) hava hücumundan müdafiə avadanlığı, o cümlədən radarlar, yerüstü fırıldaq avadanlığı və elektron əks-dron sistemlərinin alışına xərclənəcək.

Oxuməni.az