İsrailin Beyruta hücumu 6 nəfərin ölümünə səbəb olub

İsrailin Beyruta hücumu 6 nəfərin ölümünə səbəb olub

3 Oktyabr 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Beyrutun mərkəzinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. “Əl-Cəzirə” telekanalı xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Oktyabrın 2-də axşam İsrail ordusu Beyruta “məqsədli” zərbə endirdiyini elan edib.

Associated Press-in məlumatına görə, İsrailin zərbəsinin hədəfi Livan Hizbullah hərəkatının tibb bölməsi ilə əlaqəli yaşayış binası olub. Hizbullaha bağlı Əl-Mənar telekanalı Beyrut İslam Səhiyyə Təşkilatının Bəşur rayonundakı mərkəzinə hücum edildiyini bildirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində İsrailin hücumları nəticəsində 46 nəfər ölüb, 85 nəfər yaralanıb. Zərbələr Nəbataba əyalətinin cənub bölgələri, Bekaa, Baalbek-Hermel, eləcə də Livan silsiləsində endirilib.

Sentyabrın sonunda İsrail Livanda “Şimal oxları” adlı hücum əməliyyatına başladı. Bir neçə gün ərzində Hizbullahın baş katibi Həsən Nəsrullah da daxil olmaqla 30-a yaxın lideri öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanda məhdud quru əməliyyatına başladığını elan edib, məqsədi sərhəddə silahlıların mövqelərini məhv etməkdir.

Oxuməni.az