İran İsrailə hava məkanını açan ölkələri düşmən hesab edəcək

İran İsrailə hava məkanını açan ölkələri düşmən hesab edəcək

3 Oktyabr 11:14
Bəyəndim (5) Bəyənmədim (0)

İran İsrailə hava məkanını verən istənilən dövləti düşmən hesab edəcək. “SNN” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz artıq başqa ölkələrin nümayəndələrinə demişik ki, İsrailə hava məkanını verən hər kəsi düşmən hesab edəcəyik, amma ümid edirəm ki, heç kim belə bir icazə verməyəcək”.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə raket hücumu həyata keçirib. İsrail hərbi obyektlərinə ən azı 400 ballistik raket atılıb.
İsrail ordusu “raket hücumunun nəticələrinin olacağını” bildirib. “SEPAH” bu işdə dağıdıcı cavab vəd edib.


Almaz Həsənli