Ukrayna yenidən soyqırım təhlükəsi ilə üz-üzədir

Ukrayna yenidən soyqırım təhlükəsi ilə üz-üzədir

4 Oktyabr 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukraynada Qolodomorun 90-cı ildönümü ilə bağlı qəbul etdiyi qətnamədə Rusiyanın təcavüzü ilə bağlı yeni soyqırım təhlükəsi elan edib.

Assambleya mətbuata açıqlama verib ki, “1932-33-cü illərdə milyonlarla ukraynalının ölümünə səbəb olan texnogen aclıq nəticəsində Stalinin soyqırımından doxsan il sonra Ukrayna yenidən soyqırım təhlükəsi ilə üz-üzədir”.

Beləliklə, AŞPA öz bəyanatında bütün hökumətləri Ukrayna xalqına qarşı davam edən soyqırım hücumu ilə mübarizədə” kömək etməyə çağırıb.

Alman parlamentari Knut Abrahamın müvafiq hesabatı oktyabrın 3-də Assambleyada təqdim edilərkən yekdilliklə bəyənilib və qətnamə qəbul edilib.

Oxuməni.az