Perm vilayətində 10 min kvadratmetr sahəsi olan neft anbarında güclü yanğın baş verib
Perm vilayətində (RF) bu gecə, oktyabrın 4-də neft məhsullarının saxlandığı bazada yanğın baş verib. Yanğın 10 min kvadratmetr ərazini əhatə edib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Volqa Federal Dairəsinə daxil olan Perm vilayətində fövqəladə yanğın Perm yaxınlığında yerləşən Osentsi kəndinin sənaye zonasında baş verib.
Rusiya nazirliyi yanğının söndürülməsinə 60-dan çox yanğınsöndürən və iyirmiyə yaxın texnikanın cəlb edildiyini bildirib.
İlkin məlumata görə, neft bazasında baş verən güclü yanğın nəticəsində tələfat olmayıb.
Lakin Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının səbəbi hələlik məlum deyil.
Fövqəladə hallar rəsmiləri onu da iddia edirlər ki, neft məhsulları anbarında baş verən yanğın artıq lokallaşdırılıb.
Oxuməni.az