Avropa İttifaqı Əfqanıstandan olan bütün qadınlara sığınacaq verəcək

Avropa İttifaqı Əfqanıstandan olan bütün qadınlara sığınacaq verəcək

5 Oktyabr 21:34
Bəyəndim (12) Bəyənmədim (0)


Cümə günü, oktyabrın 4-də Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi Əfqanıstandan olan qadınlara sığınacaq vermək üçün yalnız onların cinsi və milliyyətinin yetərli olduğuna qərar verib, “The Guardian” yazır.
Məhkəmə qərarında deyilir ki, Avstriya hakimiyyəti 2015 və 2020-ci illərdə sığınacaq üçün müraciət edən iki əfqan qadına qaçqın statusu verməkdən imtina edib.
Onlar rədd cavabı ilə bağlı Avstriyanın Ali İnzibati Məhkəməsinə müraciət ediblər, o da öz növbəsində qərarın çıxarılması üçün Aİ Ədalət Məhkəməsinə müraciət edib, çünki o qeyd edib ki, "rejimin 2021-ci ildə hakimiyyətə qayıtması fundamental qadın hüquqları üçün ciddi nəticələrə səbəb olur."
Avstriya məhkəməsi hesab edir ki, Əfqanıstan vətəndaşlığı olan qadınları “xüsusi sosial qrupa” aid edirlər.
Aİ-nin Ədalət Məhkəməsinin qərarında qurumun Taliban rejimi altında qadınların vəziyyətini nəzərə aldığı bildirilib.
Buna görə də Məhkəmə hesab edir ki, ərizəçinin mənşə ölkəsinə qaytarılacağı təqdirdə faktiki və konkret olaraq təqiblərə məruz qalması riskinin olduğunu sübut etmək lazım deyil.
"Yalnız onun milliyyətini və cinsini nəzərə almaq kifayətdir", - qərarda vurğulanıb.
Avstriya məhkəməsi həmçinin Əfqanıstanda qadınlara qarşı ayrı-seçkilik tədbirlərinin təqib aktları kimi təsnif edilib-edilməməsinə aydınlıq gətirmək istəyib.
Hansı ki, Avropa Birliyi Ədalət Məhkəməsi bəzi tədbirlərin özlərinin təqib hərəkətləri olduğunu ifadə edir.
“Bu, köləliyin bir forması ilə müqayisə edilə bilən məcburi evliliyə və qeyri-insani və ləyaqəti alçaldan rəftar formaları olan gender əsaslı zorakılıq və məişət zorakılığına qarşı müdafiənin olmamasına aiddir”.
Xəbər verdiyimiz kimi, avqust ayında Avropa İttifaqı Talibanın Əfqanıstanda qadınlara qarşı qanunla "fəziləti təbliğ etmək və pisliklərin qarşısını almaq üçün" tətbiq etdiyi qadağaları pisləyib.
Almaz Həsənli