Belbek aerodromunda yanğın baş verib
Oktyabrın 6-dan 7-nə keçən gecə müvəqqəti işğal olunmuş Krımda partlayış səsləri eşidilib. Aerodromlardan birində yanğın baş verib.
Bu barədə “Crimean Wind Telegram” kanalı məlumat yayıb.
O cümlədən, ilk partlayışlar saat 00:21-də məlum olub. Telekanalın məlumatına görə, Novofedorovkadakı Saki aerodromunun ərazisində 7 partlayış səsi eşidilib.
Bundan başqa Simferopol vilayətində də partlayış səsləri eşidilib. Bəzi kanallar PUA-ların müvəqqəti işğal altında olan Simferopol şəhərinə doğru uçduğunu yazıb.
Saat 01:06-da kanal Saki bölgəsində videoya çəkilmiş partlayış və çaxnaşma fraqmentini göstərib. İki dəqiqə sonra, Belbek aerodromunun ərazisində yanğın baş verib.
Eyni zamanda, “Krımın bütün ərazisində hava təhlükəsi elan edilib.
Oxuməni.az
Digər xəbərlər