Rada Ukraynanın Avropa İttifaqından daha tez NATO-ya üzv olacağını gözləyir

Rada Ukraynanın Avropa İttifaqından daha tez NATO-ya üzv olacağını gözləyir

8 Oktyabr 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Avropa Birliyinə üzv olana qədər Şimali Atlantika Alyansına (NATO) qoşula bilər. Bunu danışıqlar prosesinin dinamikası və Aİ-nin genişlənməsi “ənənəsi” göstərir.

Bunu xalq deputatı, Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko deyib.

Brüsseldəki Avropa Siyasət Mərkəzində “geosiyasi dialoq” zamanı siyasətçi deyib ki, “biz Avropa İttifaqının üzvlərindən daha tez NATO-ya üzv olacağımızı” gözləyirik.

Korniyenko qeyd edib ki, Avropa İttifaqının bütün “genişlənmə dalğaları” Avropa seçkilərindən sonra baş verib və növbəti seçkilər 2029-cu ilə planlaşdırılıb.

“Buna görə də hesab edirəm ki, Aİ-nin genişlənməsi üçün növbəti fürsət məhz Avropa Parlamentinə bu seçkilərdən sonra açıla bilər”, - deyə xalq deputatı bildirib.

Oxuməni.az