Səudiyyə Ərəbistanı kralına son altı ayda ikinci dəfə pnevmoniya diaqnozu qoyulub

Səudiyyə Ərəbistanı kralına son altı ayda ikinci dəfə pnevmoniya diaqnozu qoyulub

8 Oktyabr 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud pnevmoniyaya görə tibbi müayinədən keçir. Bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

" Kral Xəstəxanasının tövsiyəsinə əsasən, pnevmoniya ilə əlaqədar bəzi tibbi müayinələrdən keçəcək" deyə kral ofisinin açıqlamasında deyilir.

88 yaşlı monarxa son altı ayda ikinci dəfə pnevmoniya diaqnozu qoyulub. Əvvəlki dəfə kral 2024-cü ilin mayında pnevmoniya ilə xəstələnmişdi.

Salman bin Əbdüləziz Əl Səud may ayında analoji müayinədən keçib. Sonra həkimlər ona pnevmoniya diaqnozu qoydular.

Salman bin Əbdüləziz Əl Səud Kral Əbdüləziz Əl Səudun 25-ci oğludur. 2011-ci ilin noyabrında o, Səudiyyə Ərəbistanının müdafiə naziri təyin edilib. O, 2015-ci ilin yanvarında kral taxtına çıxıb. Böyük Britaniyanın 96 yaşlı kraliçası II Elizabetin ölümündən sonra Salman bin Əbdüləziz Əl Səud dünyanın ən yaşlı monarxı olub.

Oxuməni.az