Bin Ladenin oğlu terrorizmi təriflədiyi üçün Fransadan deportasiya edilib
Fransa hakimiyyəti Üsamə bin Ladenin böyük oğlu Öməri ölkədən deportasiya edib. Bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retaillo “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bir neçə il Böyük Britaniya vətəndaşının əri kimi Orn departamentində (Normandiya regionu) yaşayan Bin Laden 2023-cü ildə sosial şəbəkələrində “terrorizmi tərifləyən şərhlər” yazıb. "Orn prefekti onun Fransa ərazisindən (OQTF) məcburi şəkildə getməsini əmr edib", bununla əlaqədar olaraq, Retaillo onu da əlavə edib ki, məhkəmələr "milli təhlükəsizlik maraqları naminə qəbul edilmiş" bu qərarın qanuniliyini təsdiqlədilər.
Qeyd edildiyi kimi, inzibati giriş qadağası “cənab bin Ladenin hər hansı səbəbdən Fransaya qayıtmasının mümkünsüzlüyünə zəmanət verir”. “Reuters” yerli “Le Publicateur Libre” nəşrinə istinadən yazır ki, bin Laden sosial şəbəkələrdə atasının ad gününə həsr olunmuş paylaşımı ilə Fransa hakimiyyətinin diqqətini çəkib.
“Əl-Qaidə” terror təşkilatının qurucusu və lideri Üsamə bin Laden 2011-ci ilin mayında Pakistanda gizləndiyi yerdə öldürülüb. 2004-cü ildə o, 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarında Əl-Qaidənin əli olduğunu açıq şəkildə təsdiqləyib. Üç minə yaxın amerikalı və bir çox başqa ölkələrin vətəndaşları terror hücumlarının qurbanı olub.
Almaz Həsənli