Fransa minlərlə hərbçini NATO-nun şərq cinahında yerləşdirməyə hazırlaşır
Fransa ordusu 2025-ci ilin mayında irimiqyaslı logistik təlimlər keçirəcək. Onların məqsədi 10 gün ərzində minlərlə hərbçini texnika ilə birlikdə Rumıniyaya uğurla çatdırmaqdır.
Bu barədə “Politico” məlumat yayıb.
"Dacian Spring 2025" adlanan əməliyyat may ayına planlaşdırılıb. Əməliyyat zamanı Fransa hərbçiləri qitənin qərbindən NATO-nun şərq cinahına böyük qüvvələrin sürətlə köçürülməsi imkanlarını sınayacaq. Bu, Rusiyanın potensial təcavüzü halında çox vacib ola bilər.
Məlumdur ki, Fransa ordusu 10 gün ərzində Rumıniyaya bir briqada - yəni 3000-dən 5000-ə qədər əsgər köçürməyə çalışacaq.
Xatırladaq ki, Fransanın quru qoşunları son vaxtlar yüksək intensivlikli müharibəyə hazırlığı ilə bağlı bir sıra dəyişikliklər həyata keçirib.
Oxuməni.az
Digər xəbərlər