Ramstein görüşü təxirə salına bilər
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun oktyabrın 12-də Almaniyanın Ramşteyn aviabazasında keçirilməsi nəzərdə tutulan formatda görüşü təxirə salına bilər.
Bunu ABŞ Müdafiə Nazirliyinin spikeri Sabrina Sinq deyib.
O xatırladıb ki, prezident Co Bayden Milton qasırğası səbəbindən Ramsteynə səfərini təxirə salıb.
Sinq həmçinin, şəraiti nəzərə alaraq, Ramşteyn formatında keçiriləcək görüşün təxirə salına və NATO müdafiə nazirlərinin oktyabrın 17-18-də keçiriləcək görüşü ilə birləşdirilə biləcəyini də istisna etməyib. Hələlik yekun qərar yoxdur.
"Səfərin təxirə salınmasının səbəbləri məlumdur. Ona görə də yeniliklər olduqda, mən onlar barədə məlumat verəcəyəm”, - Pentaqonun sözçüsü bildirib.
Oxuməni.az
Digər xəbərlər