ABŞ və ərəb ölkələri hərtərəfli atəşkəs haqqında danışıqlar aparır
ABŞ və ərəb ölkələri Yaxın Şərq regionunda bütün cəbhələrdə hərtərəfli atəşkəs üçün İranla gizli danışıqlara başlayıb.
Bu barədə İsrailin 12 telekanalı məlumat yayıb.
Qeyd olunur ki, İsrail hələlik bu təşəbbüsdə iştirak etmir, lakin bu barədə İsrailin yüksək rütbəli rəsmilərinə məlumat verilib.
Bu səylərin digər cəbhələrdən daha mürəkkəb olan Qəzza zolağındakı vəziyyətə necə təsir edəcəyi bəlli deyil. Səbəb kimi, İsrailin girovların azad edilməsi ilə bağlı potensial sazişdən sonra da döyüşləri davam etdirmək niyyəti və HƏMAS-ın istənilən razılaşmada İsrail qoşunlarının çıxarılması tələbi göstərilir.
“Biz indi güclü mövqedəyik, atəşkəs bizim şərtlərimizə uyğun olacaq, o cümlədən (Hizbullahın) Litani çayı üzərindən geri çəkilməsi və sərhədə yaxın ərazilərdə Hizbullahın bütün hərbi obyektlərinin sökülməsi”, - yüksək səviyyəli İsrail rəsmilərindən biri deyib.
Oxuməni.az