Rusiya bostan məhsullarının tədarükünü məhdudlaşdırmaqla Qazaxıstana təzyiq göstərmək istəyir

Rusiya bostan məhsullarının tədarükünü məhdudlaşdırmaqla Qazaxıstana təzyiq göstərmək istəyir

9 Oktyabr 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, Rusiya agentliyi bu yaxınlarda öz saytında müvafiq press-reliz dərc etsə də, Rosselxoznadzordan bostan məhsulları üçün fitosanitar sertifikatların verilməsini dayandırmaq xahişi ilə məktub almayıb.

“Bu günə qədər Rosselxoznadzordan bostan bitkilərinə fitosanitar sertifikatların verilməsinin dayandırılmasını xahiş edən məktublar daxil olmayıb. Onu da nəzərinizə çatdırırıq ki, Qazaxıstan bostanlarının yığım mövsümü artıq başa çatıb”, - deyə nazirliyin mətbuat xidmətindən agentliyə bildiriblər.

Qazaxıstanın ixtisaslaşmış agentliyi APK Novosti taxıl bazarının iştirakçılarına istinadən Rosselxoznadzorun müraciətini avqustun 1-dən Rusiya taxılının Qazaxıstana idxalına qoyulan qadağaya cavab adlandırıb.

Oxuməni.az