Fransa hakimiyyətinin islam düşmənçiliyi davam edir

Fransa hakimiyyətinin islam düşmənçiliyi davam edir

9 Oktyabr 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın daxili işlər naziri Bruno Usamə bin Ladenin oğlu Ömər bin Ladenin deportasiya edilməsinin səbəbinə rəsmi şəkildə aydınlıq gətirib, Euronews xəbər verir.

Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, 2023-cü ildə Ömər bin Laden sosial şəbəkələrdə terrorizmi təbliğ edən şərhlər yazıb.

Ömər bin Ladenin “hər hansı bir səbəbdən” artıq Fransaya daxil ola bilməyəcəyinə zəmanət verən inzibati qadağanın da imzalandığı vurğulanır.

Nazir bunu “milli təhlükəsizlik qərarı” adlandırdı, lakin Ömər bin Ladenin tam olaraq nə zaman deportasiya edildiyini və dəqiq harada olduğunu açıqlamadı.

Fransanın "Parisien" qəzeti isə yazır ki, Ömər bin Laden hazırda Qətərdədir və oradan deportasiya qərarından apellyasiya şikayəti verib, lakin Fransa məhkəməsi bunu rədd edib.

Oxuməni.az