NATO qüvvələrinin Avropadakı baş komandanı ABŞ-ın Ukraynaya verəcəyi silahlarının siyahısını hazırlayıb
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı, eyni zamanda ABŞ-ın Avropa Komandanlığına da rəhbərlik edən general Kristofer Kavoli Link 16 rabitə sistemini və JASSM qanadlı raketlərini, onun fikrincə, Vaşinqtonun tədarük etməli olduğu silahlar siyahısına daxil edib. Bu barədə çərşənbə axşamı CNN məlumat yayıb.
Qeyd olunur ki, Kavoli siyahını tərtib edərkən Ukraynanın bu silah növlərini dəfələrlə tələb etsə də, ABŞ-ın tədarükləri gecikdirməsinin səbəblərini göstərməyib. CNN mənbələrinin məlumatına görə, bu, ABŞ-ın ən son Amerika texnologiyasının Rusiya ordusunun əlinə keçəcəyindən qorxması ilə bağlı ola bilər.
Sentyabrın 3-də Reuters xəbər verib ki, Vaşinqton JASSM uzaqmənzilli qanadlı raketlərinin Kiyevə təhvil verilməsi ilə bağlı razılaşmaya yaxındır, lakin Ukrayna gözləməli olacaq, çünki ABŞ-a müvafiq texniki məsələləri həll etmək üçün bir neçə ay lazım olacaq. Gözlənilir ki, bu hava-yer raketlərinin Kiyevin silah paketinə daxil edilməsi "bu ilin payızında açıqlanacaq. Üç mənbə isə bildirib ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb".
Oxuməni.az