İranla əlaqəli üsyançı qrup çərşənbə günü səhər İsrailə pilotsuz təyyarə ilə zərbə endirib
İraq İslami Müqavimət Hərəkatına mənsub şiə milislər İsrailin “həyati” hədəfinə PUA ilə zərbə endirildiyini elan ediblər. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İranla əlaqəli üsyançı qrup çərşənbə günü səhər "işğal olunmuş ərazilərin cənubundakı həyati əhəmiyyətli hədəfə" pilotsuz təyyarə ilə zərbə endirib. İraq İslami Müqavimət Təşkilatına görə, hücum Fələstin və Livan xalqlarına dəstək məqsədi ilə, eləcə də “qəsbçilər tərəfindən uşaq, qadın və qocalar da daxil olmaqla mülki əhalinin qətliamlarına cavab olaraq” həyata keçirilib.
İsrail ordusu çərşənbə günü səhər bildirib ki, onun hava qüvvələri "şərqdən atılan" İHA-nı ələ keçirib, lakin insidentin təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl İraq İslami Müqavimətinin ölkənin şimalındakı Colan təpələrində İsrail hərbi bazasına pilotsuz təyyarə ilə hücumu nəticəsində iki İsrail əsgərinin həlak olduğu bildirilirdi.
Oxuməni.az