Yaponiyada müxalifət hökumətə etimadsızlıq haqqında qətnamə təqdim edəcək

Yaponiyada müxalifət hökumətə etimadsızlıq haqqında qətnamə təqdim edəcək

9 Oktyabr 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın müxalifət partiyaları yeni baş nazir Şiqeru İşibanın parlamentin əsas aşağı palatasını buraxmaq və oktyabrın 27-də növbədənkənar seçkilər keçirmək qərarına görə hökumətə etimadsızlıq ifadə edən qətnaməni kollektiv şəkildə parlamentə təqdim etməyi planlaşdırır. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq qərar dörd əsas müxalifət partiyası - Konstitusiya Demokratik Partiyası, Yaponiya Kommunist Partiyası, Yaponiya İntibah Cəmiyyəti Partiyası və Xalq Demokratik Partiyası (LDP) liderlərinin görüşündə qəbul edilib.

Yaponiya parlamentinin əsas aşağı palatası çərşənbə günü günortadan sonra buraxılacaq. Bundan əvvəl yeni baş nazir Şigeru İşiba müvafiq qərar qəbul etmişdi və çərşənbə günü səhər hökumətin fövqəladə iclasında bu qərar rəsmən təsdiqləndi. Müxalifət aşağı palatanın buraxılmasından əvvəl Nazirlər Kabinetinə etimadsızlıq barədə qətnamənin baxılmaq üçün təqdim edilməsini gözləyir. Texniki cəhətdən onun qəbulu heç bir nəticə verməyəcək - qətnamənin qəbulu hökuməti istefaya getməyə və ya parlamenti buraxmağa və növbədənkənar seçkilər keçirməyə məcbur edir ki, bu da artıq İşibanın qərarına uyğundur.

Oxuməni.az