Çin ABŞ-ın Tayvana yeni silah tədarükünü şərh edib
Tayvan administrasiyasını silahla təmin etmək, adanın “müstəqilliyi” tərəfdarlarını həvəsləndirmək deməkdir ki, bu da müharibəyə səbəb ola bilər. Bunu brifinqdə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Jian ABŞ prezidenti Co Baydenin Tayvana silah tədarükü və hərbi yardım üçün 567 milyon dollar ayırmaq qərarını şərh edərkən deyib.
"Vurğulamaq lazım olan odur ki, Tayvanı silahlandırmaq "Tayvanın müstəqilliyi" tərəfdarlarını təşviq etmək məqsədi daşıyır, "Tayvanın müstəqilliyi" müharibə deməkdir və onlardan Çini cilovlamaq üçün istifadə etmək cəhdləri hər zaman mənfi nəticələrə gətirib çıxaracaq" deyə Çinli hərbi rəsmisi bəyan edib.
ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində Amerikanın adaya hərbi təchizatının ümumi həcmi 70 milyard dolları keçib.
Oxuməni.az