İsrail tankları dronlardan necə qorumağı tapıb
İsrailin müdafiə podratçısı “Rafael” "Trophy" aktiv tank mühafizə sistemini təkmilləşdirib - zirehli texnikanın yuxarı hissəsi indi pilotsuz təyyarələr və raketlərə toxunulmazdır. Bu barədə “Defence News” məlumat yayıb.
Şirkətin nümayəndələri öz işləmələrini Vaşinqtonda silah sərgisindən əvvəl keçirilən brifinq zamanı nümayiş etdiriblər. Onlar zirehli texnikanın qülləsinə doğru uçan pilotsuz təyyarəni böyük hündürlükdən məhv edən sistemin sınaqdan keçirildiyi videonu nümayiş etdiriblər.
Podratçının sözlərinə görə, sistem on ildən çox əvvəl ilk tətbiqindən bəri çoxsaylı inkişaf dövrlərindən keçib. Lakin o, bu təkmilləşdirmənin necə işlədiyini aydınlaşdırmaqdan imtina etdi, “Defence News” yazır.
“Trophy” sistemi İsrailin “Merkava Mark 3 və 4” tanklarında və İsrailin “Namer” zirehli transportyorunda istifadə olunur. O, həmçinin Amerikanın “Abrams” tanklarında quraşdırılıb və “Stryker” zirehli personal daşıyıcılarında və “Bradley” döyüş maşınlarında sınaqdan keçirilib. Nəşr qeyd edir ki, 2021-ci ilin fevralında “Rafael” Almaniya ilə “Leopard 2” tanklarını təchiz etmək üçün müqavilə imzalayıb.
Almaz Həsənli