Ukrayna Müdafiə Qüvvələri pilotsuz təyyarələrin saxlandığı bazaya zərbələr endirib
Ukrayna Müdafiə Qüvvələri pilotsuz təyyarələrin saxlandığı bazaya zərbələr endirib.
Bu barədə RBC-Ukrayna Baş Qərargahına istinadən məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, bazada 400-ə yaxın hücum pilotsuz təyyarəsi saxlanılıb. Baş Qərargah aydınlaşdırıb ki, müşahidə nəticələri hədəfin dəqiq vurulduğunu göstərib. Hadisə yerində ikinci dərəcəli partlayış müşahidə olunub.
“Şahed” PUA-nın anbar bazasının məhv edilməsi Rusiya işğalçılarının Ukraynanın şəhər və kəndlərində dinc əhaliyə qarşı terror etmək imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq, işğalçıların hərbi hədəflərinə qarşı döyüş işləri davam edir”.
Xatırladaq ki, sentyabrda ruslar Krasnodar diyarı və Tver vilayətində işğalçıların silah anbarlarına hücum edildiyini açıqlamışdı.
Oxuməni.az