Çin Tayvan yaxınlığında yeni hərbi təlimlərə başlayıb

Çin Tayvan yaxınlığında yeni hərbi təlimlərə başlayıb

14 Oktyabr 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xalq Azadlıq Ordusu bazar ertəsi, oktyabrın 14-də Tayvan yaxınlığında növbəti hərbi təlimlərə başlayıb. Pekin onları adanın hakimiyyət orqanlarının "separatçı hərəkətləri" ilə bağlı xəbərdarlıq adlandırır.

Bu barədə “Reuters” xəbər verir.

Çin tərəfi bu hərbi təlimlərin nə vaxt başa çatacağı barədə məlumat vermir.

Çin hərbi komandanlığının məlumatına görə, “Birgə Qılınc 2024B” təlimi Tayvan boğazında və Tayvanın şimal, cənub və şərqindəki ərazilərdə keçirilir.

"Bu təlimlər həm də Tayvan Müstəqillik Qüvvələrinin separatçı hərəkətlərinə qarşı sərt xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyini qorumaq üçün qanuni və zəruri əməliyyatdır", - ÇXR komandanlığının bəyanatında deyilir.

Çinli komandirlər bildiriblər ki, gəmilər və təyyarələr "bir çox istiqamətlərdən Tayvana yaxınlaşır, diqqətini dənizdən və havadan patrul və döyüş hazırlığına yönəldir və əsas liman və ərazilərin blokadalarını, eləcə də dəniz və quru hədəflərinə simulyasiya edilmiş hücumları məşq edir.

Eyni zamanda, Çin Silahlı Qüvvələri canlı atəş və ya uçuşa qadağan zonaların tətbiqi barədə açıqlama verməyib.

Oxuməni.az