Aİ İsrailin Livandakı BMT sülhməramlı qüvvələrinə qarşı hücumlarını pisləyir
Aİ diplomatiya rəhbəri Josep Borrell İsrail ordusunun Livanda BMT qüvvələrinə qarşı hücumlarını pisləyib. O, bu cür hücumları qəbuledilməz və beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.
Bu barədə Avropa Şurasının saytında dərc edilmiş bəyanatında deyilir.
"Aİ BMT missiyalarına qarşı bütün hücumları pisləyir. O (Avropa bloku - red.) İsrail Müdafiə Qüvvələrinin Livanda BMT-nin Müvəqqəti Qüvvələrinə qarşı həyata keçirdiyi və bir neçə sülhməramlının yaralanması ilə nəticələnən hücumlarından xüsusilə dərin narahatlığını bildirir. Bu cür hücumlar BMT sülhməramlılarına qarşı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır", sənəddə deyilir.
Borrell həmçinin bütün Aİ ölkələri adından verdiyi bəyanatda qeyd edib ki, bütün qurumlar BMT-nin təhlükəsizliyini və əmlakını təmin etmək üçün lazımi tədbirlər görməyə, habelə BMT binalarının toxunulmazlığına hər zaman hörmət etməyə borcludurlar. Aİ diplomatiyasının rəhbəri İsraildən izahat gözlənildiyini vurğulayıb.
Oxuməni.az