Aİ Rusiya Federasiyası və İrandan olan təşkilatlara qarşı sanksiyaları genişləndirmək niyyətindədir

Aİ Rusiya Federasiyası və İrandan olan təşkilatlara qarşı sanksiyaları genişləndirmək niyyətindədir

14 Oktyabr 20:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi keçirilən iclasda İran və Rusiya təşkilatlarına qarşı yeni sanksiyalar paketi ilə bağlı qərar qəbul etməyi planlaşdırırlar. Bu barədə Avropanın Politico nəşri Aİ diplomatları arasında olan mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, yeni sanksiyalar “regiondakı digər ölkələrə, eləcə də Rusiyaya silah göndərməkdə iştirak etdiyi iddia edilən İran şirkətlərinə qarşı yönəldiləcək. Məhdudlaşdırıcı tədbirlərin İrandan gələn aviaşirkətlərə də təsir edəcəyi gözlənilir. Bundan əlavə, Aİ ölkələrinin xarici işlər nazirləri sanksiyalardan yayınmağa qarşı mübarizəni müzakirə etməyi planlaşdırır və Moskvanın digər ölkələrdə “sabitliyi pozan hərəkətlərində” iştirak etdiyi iddia edilən adı açıqlanmayan Rusiya təşkilatlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə qərar qəbul edə bilər.

Oxuməni.az